Çadr
» » Bəydili kənd məktəbində yanğın zamanı şagirdlərin davranış qaydaları mövzusunda təlim keçirildi - Video


Bəydili kənd məktəbində yanğın zamanı şagirdlərin davranış qaydaları mövzusunda təlim keçirildi - Video

02 mart 2026, Bazar ertəsi
359
0
1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Fövqəladə hallar (təbii fəlakətlər, yanğınlar) zamanı şagirdlərin davranış qaydaları” mövzusunda təlim keçirilmişdir.

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizəsi Xidmətinin əməkdaşları iştirak etmişlər. Təlim zamanı şərti yanğın hadisəsi təşkil olunmuş, şagird və müəllim heyəti təhlükəsizlik qaydalarına uyğun şəkildə təxliyə edilmişdir. Şagirdlər fövqəladə vəziyyət zamanı düzgün və operativ davranış nümayiş etdirmiş, təlim uğurla başa çatmışdır.

Biləsuvar rayon Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbi.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.