- 20 aprel, 01:18
- 1 115 dəfə oxunub
- 0
103 küçədə adları yazılan lövhə nə qədərdir?.
“Bilesuvarinfo” xəbər verir ki, uzun illərdən bəri davam edən bu çatışmazlıq vaxtaşırı müzakirə olunsa da, problem həllini tapmayıb. Belə ki, küçələrin tanıtım löhvələri olmadığından sakinlər şəhərin əksər küçələrinin adından məlumatsızdır. Adətən ünvan təqdimatında, el arasında “Turdavoy”, “Kalxosturoy ”, “Rts”, “Kimya birliyi”, “ Təyyarə meydanı ” və bu kimi kimi ünvanlar göstərilir.
Biləsuvar şəhərində yeni yaşayış massivləri salınaraq inkişaf edib. Hazırda şəhər ərazisində sayı 103 - ə çatan küçə var. Ancaq, küçələrə adlar verilərkən tanıtım löhvələri vurulmadığından, bəzi sakinlər yaşadıqları küçənin belə adını dəqiq deyə bilmir. Bu günlərdə şahidi olduğumuz bir fakta nəzər salaq: Yolu təmir edilən yeni yaşayış massivində yük avtomobilinin sürücüsü rastlaşdığı sakinlərdən küçələrinin adını soruşur, onlar yaşadıqları küçənin adını deməkdə çətinlik çəkir.. .
Sözügedən məsələ ilə bağlı Biləsuvar Bələdiyyəsindən münasibət öyrəndik. Bələdiyyədən bildirildi ki, bu məsələ Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin aidiyyati qurumu tərəfindən tənzimlənir. Bununla belə, bələdiyyə tərəfindən 2010 - cu ildə 50 - dən artıq küçənin adına lövhələr hazırlanaraq həmin küçələrə vurulub. Ötən müddətdən bəri lövhələrin təzələnməsinə və yeni salınan küçələrin adlarının da yazılmsına ehtiyac yaranıb. Çalışırıq ki, bu iş tezliklə həllini tapsın.