Çadr
» » Biləsuvar xəstəxanasında KT kabineti yenidən fəaliyyətə başlayır


Biləsuvar xəstəxanasında KT kabineti yenidən fəaliyyətə başlayır

04 mart 2026, Çərşənbə
127
0
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə tibbi xidmətin daha operativ və rahat təşkili istiqamətində məqsədyönlü işlər davam etdirilir.

“Bilesuvarinfo”
nun məlumatına görə, xəstəxananın Şüa diaqnostika şöbəsində Kompüter Tomoqrafiyası (KT) kabinetinin fəaliyyəti yaxın vaxtlarda bərpa olunacaq.
Məlumata əsasən, kabinetin 2000-ci ildən fəaliyyət göstərməməsinin əsas səbəbi ixtisaslı mütəxəssisin olmaması idi. Xəstəxanadan bildirilib ki, bu sahədə çalışacaq həkim artıq fəaliyyətə başlayıb, hazırda KT avadanlığının təmiri ilə bağlı müəyyən işlər yekunlaşmaq üzrədir. Təmir prosesi başa çatdıqdan sonra kabinet yaxın vaxtlarda fəaliyyətini davam etdirəcək.
KT xidmətinin yenidən fəaliyyətə başlaması rayon sakinlərinin diaqnostik müayinələr üçün uzun illər digər bölgələrə üz tutmasının qarşısını alacaq və tibbi xidmətin əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq.
Qeyd edək ki, son aylar ərzində rayon xəstəxanasında vətəndaş məmnunluğunun artırılması məqsədilə xidmətlərin daha əlçatan formada qurulması istiqamətində bir sıra mühüm addımlar da atılıb. Elektron növbə sisteminin tətbiqi, qeydiyyat prosesinin mərkəzləşdirilməsi və pasiyent axınının düzgün tənzimlənməsi xəstəxanaya müraciət edən sakinlər tərəfindən müsbət qarşılanır. Xəstəxana korpuslarının hasarında əlavə giriş qapısının açılması isə vətəndaşların sənədləşmə işləri zamanı artıq məsafə qət etməsinin qarşısını alır.
Həmçinin, Acil şöbəsinin giriş qapılarının sensor qapılarla əvəzlənməsi də diqqət çəkən yeniliklərdəndir. Əvvəllər Cərrahiyyə və Terapiya şöbələrinə müraciət edən pasiyentlərin Acil şöbəsindən keçməsi burada süni sıxlıq yaradır, bu isə kollektivin işində əlavə çətinliklərə səbəb olurdu. Yeni təşkilati yanaşma isə həm tibbi heyətin işini asanlaşdırır, həm də pasiyentlər üçün daha rahat və sistemli mühit formalaşdırır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.