9 küçədə yolların əsaslı tikintisinə başlanılıb » Yerli İnformasiya Agentliyi
» » 9 küçədə yolların əsaslı tikintisinə başlanılıb

9 küçədə yolların əsaslı tikintisinə başlanılıb

Biləsuvar rayonunda yolların təmir – tikintisi işlərinə başlanılıb.

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar şəhərində asfalt -beton örtüyündə deformasiya və dağılmalar olan küçə yollarının təmirinə başlanılıb. Belə ki, ilkin mərhələdə şəhərin Mübariz İbrahimov, Həzi Aslanov, Səməd Vurğun, 28 may, Süleyman Rəhimov, Bakı, Azadlıq və Baloğlan Abbasov küçələrində tam və müəyyən  məsafələrində yollara yeni asfalt örtüyü qoyulacaq. Aparılan asfaltlama işləri çərçivəsində küçələrdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənəcək. Fikrət Əmirov, Şəhriyar Mirişli küçələrində ilk dəfə afalt ötüyü qoyulacaq. Həmçinin Babək və C.Cabbarlı kücələrini birləşdirən ara yol əsaslı tikilərək şəhəri ikiyə ayıran “Bolqarcay”ı üzərindən keçən  alternativ yoldan istifadə tam asanlaşacaq.

Ümumilikdə 6 km artıq məsafədə yolların əsaslı tikintisi aparılaq, asfalt-beton örtüyü qoyulacaq. Bunun üçün komisiya tərəfindən təmir və tikitisi daha vacib yollar müəyyənləşdirilib. Növbəti ildə bu işlər Biləsuvar şəhərində  daha çox məsafədə aparılacaq. Nəzərə alsaq ki,  yeni yaşayış massivləri də daxil olmaqla bütün küçələr çınqıl - qum örüyü ilə təmin olunub, artıq məqsədimiz bütün küçələrdə yolların asfalt örtüyü ilə təmin olunmasıdır – deyə Biləsuvar Rayon İcra Hakimiyyətindən vurğulanmışdır. 
Tikinti işlərini həyata keçirən “Topxana Layihə İnşaat" MMC -nin iş icraçısı Məmməd Məmmədov qeyd etmişdir ki, atrıq 2 km məsafədə asfat örtüyü qaşınmışdır, digər küçələrdə yolların hamarlanma və bərkidilmə işlərini də görürük.  Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən işlərin tam keyfiyyətli aparılması üçün bütün imkanlar səfərbər olunub.

Qeyd edək ki, Biləsuvar şəhərində  kanalizasiya çəkilişi işləri zamanı podratçı təşkilat tərəfindən qazıntı işləri aparılan küçələdə yolların bərpasını keyfiyyətsiz görməsi, həmin yolların qısa zamanda dağılmasına gətirib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan