Şəhid Şəhriyar Mirişli anıldı
Bu gün Vətən Müharibəsi şəhidi Şəhriyar Mirişlinin anım günüdür."Bilesuvarinfo" xəbər verir ki, anım mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurov, RİH-nin şöbə müdiri Xanlar Məmmədov, Biləsuvar şəhər İcra nümayəndəsi Qabil Xammədov və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidimizin şəhadətinin ikinci ildönümündə əziz xatirəsi ehtiramla anılıb, valideyinlərinə başsağlığı verilib.
Qeyd edək ki, 2002 -ci il təvəllüdlü Mirişli Şəhriyar Bəxtiyar oğlu həqiqi hərbi xidmətini yerinə yetirərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində iştirak edib. XTQ əsgəri olan Ş.Mirişli müxtəlif istiqamətlərdə gedən döyüşlərdə igidliklə döyüşüb. Düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Müzakirə edin
Həmçinin oxuyun:
30 avqust 2022, Çərşənbə axşamı
Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin doğum günündə xatirəsi anılıb
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.


Türkiyə
Pakistan
İsrail
Azərbaycan