Akademik Zərifə Əliyeva Biləsuvarda anılıb

Akademik Zərifə Əliyevanın doğum günü münasibətilə Biləsuvarda anım tədbiri keçirilib. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan tədbirdə görkəmli oftalmoloq alim, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın mənalı ömür yoluna nəzər salınıb.
“Bilesuvarinfo” xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Asəf Məmmədov, eləcə də xəstəxananın həkim heyəti və tibb işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Ləman Yüzbaşova qeyd edib ki, anadan olmasının 103-cü ildönümünü qeyd etdiyimiz Zərifə xanım XX əsr Azərbaycan tibb elminə öz əvəzsiz töhfələrini verən şəxsiyyətlərdən biridir. Onun həyatı elmi nailiyyətlər, ailə dəyərləri və xalqına göstərdiyi xidmətlərlə dolu parlaq bir ömür nümunəsidir.
Direktor A. Məmmədov çıxış edərək bildirib ki, gözəl ana və vəfalı ömür-gün yoldaşı olan akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. O qeyd edib ki, istedadlı alim oftalmologiyanın aktual mövzularına həsr olunmuş çoxprofilli tədqiqatlar aparıb, dəyərli elmi əsərlər müəllifi olub. Zərifə Əliyeva dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradaraq, elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.
Tədbirdə şəhid anası, xəstəxananın həkim-ginekoloqu Sevil Abdullazadə və həkim-anestezioloq Mirnəsiyət Mürsəlov çıxış edərək Zərifə xanımın fədakar həyat yolu haqqında danışıblar. Qeyd olunub ki, o, alim kimi elmə verdiyi töhfələrlə yanaşı, səmimiliyi və yüksək vətəndaşlıq mövqeyi ilə də seçilib. Eyni zamanda, onun müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğu vurğulanıb.


Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan