ADA-da təhsil almağa iddialı qız
Bununla belə, onun əsas məqsədi Azərbaycan Diplomatik Akademiyasında(ADA) (Beynəlxalq münasibətlər ixtisası üzrə) təhsil almaqdır. Bu arzu onun növbəti qəbul imtahanlarına hazırlaşmaq həvəsini azaltmayıb və o, bütün gücü ilə məqsədinə doğru çalışır.
Ötən gün (19 apreldə) keçirilən buraxılış (məzun) imtahanında Nərgiz Kərimli böyük inam və həvəslə iştirak edib. O bildirir ki, bu yolda ona ən böyük dəstək valideynlərindən gəlib və onlara minnətdardır. Onun babası Ağaqardaş Kazımov da nəvəsinin arzusunu dəstəklədiklərini və hər zaman yanında olduqlarını deyir.
19 yaşlı Nərgiz Kərimli Elnur qızı Xırmandalı kənd 1 saylı tam orta məktəbin məzunudur. O qeyd edir ki, ötən il ADA Universitetinə qəbul imkanı olsa da, ödəniş məsələləri səbəbindən qərarını yenidən düşünməli olub. Hətta Nərgiz ödənişli təhsil alarmışsa, Universitet onun təhsilə olan marağını nəzərə alaraq bir il təhsil haqqından azad edib.
Nərgiz bildirir ki, ADA Universiteti ilə onun arasında daim isti münasibət olub. İl ərzində universitet rəhbərliyinin diqqətindən kənarda qalmayıb, dəvətlər alıb, müxtəlif təlimlərdə iştirak edib və tələbə həyatı ilə yaxından tanış olmaq imkanı qazanıb.

Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.








Türkiyə
Pakistan
İsrail
Azərbaycan