Çadr
» » Azərbaycanda yeni döyüş liqası: rəsmi görüş baş tutdu


Azərbaycanda yeni döyüş liqası: rəsmi görüş baş tutdu

17 aprel 2026, Cümə
22
0

Arpaçay İdman Birliyinin nəzdində fəaliyyət göstərən Combat Peşəkar Döyüş Liqası ölkədə döyüş idman növlərinin inkişafına xidmət edən və idman ictimaiyyətində böyük maraq doğuran mühüm layihələrdən biridir.

“Bilesuvarinfo” xəbər verir ki, birliyin təşkilatçılığı və Kung-fu Federasiyasının dəstəyi ilə keçiriləcək liqa öncəsi mətbuat konfransı və idmançıların üzbəüz (face-to-face) proqramı çərçivəsində rəsmi görüş keçirilib.

Tədbir Combat Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədovun çıxışı ilə açılıb. O, liqanın məqsədi, hazırlıq işləri və qarşıdan gələn döyüş gecəsi barədə məlumat verərək, bu layihənin ölkədə döyüş idman növlərinin inkişafına töhfə verəcəyini bildirib.

Kung-fu Federasiyasının prezidenti Nurlan Aslanov idmançıların hazırlıq səviyyəsi və peşəkarlığını yüksək qiymətləndirərək, bu cür liqaların yeni imkanlar yaratdığını qeyd edib.

Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov təşkilati işlərin yüksək səviyyədə aparıldığını, liqanın gələcək inkişaf perspektivlərinin geniş olduğunu diqqətə çatdırıb.

Federasiyanın birinci vitse-prezidenti Babək Əliyev və vitse-prezidenti Ehram Məcidov da çıxışlarında hazırlıq prosesinin plan üzrə davam etdiyini və döyüş gecəsinin maraqlı keçəcəyini bildiriblər.

Tədbir çərçivəsində idmançılar arasında üzbəüz baxış (face-off) mərhələsi keçirilib, bu isə döyüşlərə marağı daha da artırıb.

Sonda xatirə şəkilləri çəkdirilib və görüş yekunlaşıb.

Qeyd edək ki, federasiyanın vitse-prezidenti kikboksinq üzrə 5 qat dünya çempionu, həmyerlimiz Ehram Xudu oğlu Məcidovdur.


Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.