Mübariz İbrahimov adına Təhsil Kompleksi ali məktəblərə qəbulda 16-cı dəfə 100 faizlik nəticə göstərib
2025–2026-cı tədris ilində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 38 məzununun hamısı ali məktəblərə qəbul olub."Bilesuvarinfo" xəbər verir ki, bu nəticə təhsil müəssisəsinin tarixində 16-cı 100 faizlik qəbul göstəricisidir.
Məzunlardan 7-si Bakı Dövlət Universitetinə, 4-ü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 3-ü Qarabağ Universitetinə, 3-ü Azərbaycan Tibb Universitetinə, 3-ü Azərbaycan Texniki Universitetinə, 3-ü Xəzər Universitetinə, 2-si ADA Universitetinə, 2-si Azərbaycan Dillər Universitetinə, 2-si Azərbaycan Dövlət İqtisad Universitetinə, 2-si Bakı Ali Neft Məktəbinə qəbul olub.
Bundan başqa, məzunlardan 1-i Bakı Mühəndislik Universitetinə, 1-i Polis Akademiyasına, 1-i Milli Aviasiya Akademiyasına, 1-i Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 1-i Bakı Slavyan Universitetinə, 1-i isə Naxçıvan Dövlət Universitetinə qəbul olub.
Qeyd edək ki, cari ildə təhsil müəssisəsi üzrə orta qəbul balı 510 təşkil edib.
Müzakirə edin
Həmçinin oxuyun:
23 avqust 2024, Cümə
Mübariz İbrahimov adına Təhsil Kompleksi ali məktəblərə qəbulda 13-cü dəfə 100 faizlik nəticə göstərib
26 aprel 2023, Çərşənbə
Mübariz Liseyi Azərbaycan Dövlət Pedaqoji Universitetlə memorandum imzalayıb
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan