Həmyerlimiz MİQ-də tarix üzrə ölkə birincisi olub - FOTO
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsi davam edir. İmtahanda yüksək nəticə göstərən namizədlərdən biri də tarix fənni üzrə 98,75 bal toplayan Rəcəb Zeynallıdır."Azərbaycan müəllimi"nə danışan Rəcəb Zeynallı bildirib ki, o, 2023-cü ildə Bakı Dövlət Universitetinin tarix ixtisasını bitirib.
Universiteti başa vurduqdan sonra hərbi xidmət keçib və müəllim kimi fəaliyyətə başlamaq məqsədilə MİQ müsabiqəsində iştirak edib.
Onun sözlərinə görə, ilk dəfə 2025-ci ildə MİQ imtahanına qatılıb və 85 bal toplayıb və doğma rayonu Biləsuvarda işləmək istəyib. Lakin vakant yer olmadığından müəllim kimi fəaliyyətə başlaya bilməyib. Hazırlığını dayandırmayan namizəd bu il imtahanda nəticəsini daha da yaxşılaşdıraraq 98,75 bal toplayıb. O, yalnız kurikulum üzrə bildiyi bir sualı səhv cavablandırdığını bildirib. Rəcəb Zeynallının sözlərinə görə, əldə etdiyi uğurun arxasında planlı və ardıcıl hazırlıq dayanır.
"İmtahana hər gün sistemli şəkildə hazırlaşırdım. Suallar asan, orta və çətin olmaqla müxtəlif səviyyələrdə idi. İmtahan prosesində normal şərait yaradılmışdı", – deyə o qeyd edib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test mərhələsi Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 6 imtahan mərkəzində keçirilir.
Müzakirə edin
Həmçinin oxuyun:
09 yanvar 2025, Cümə axşamı
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunun qalibləri - SİYAHI - FOTOLAR - YENİLƏNİB
10 iyul 2024, Çərşənbə
Biləsuvarda ilk dəfə keçirilən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan