Xeyirxahlıq və ictimai fəallıq nümunəsi - Mirhənifə Mirsultanov
Deyirlər ki, xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi ortaya çıxır. Elə bir insan ki, bu keyfiyyətləri həyat prinsipi sayır və hər addımında onları yaşadır, o, doğrudan da cəmiyyət üçün dəyərli, əvəzolunmaz şəxsiyyət olur. Biləsuvarda Hacı Mirhənifə Mirsultanov da məhz belə insanlardandır.O, rayonda yalnız peşəsinə görə deyil, həm də içtimaiyyətçi və xeyirxah bir insan kimi tanınır. Mirhənifə həkim elinin o başı, bu başı bilməz- deyrək, xeyir məclislərində ağsaqqal xeyir-duasını verməyi özünə borc bilir. Eşitsə ki, elində haqq dünyasına qovuşan var, məsafə bilmədən həmin ailənin yanında olur, onların dərdinə şərik çıxır. Onun bu yüksək mənəvi keyfiyyətləri, doğma yurduna olan bağlılığı və vətənpərvərliyi hər kəsin rəğbətini qazanıb.
O,1961-ci ildə Əsgərabad kəndində anadan olan Mirhənifə Mirsultanov kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hər zaman böyük arzularla dolu olan Mirhənifə 1983-cü ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olur. Burada ətrafına topladığı dostlarının sevimlisi olmaqla yanaşı, müəllimlərin də diqqətini çəkən fəal tələbə kimi tanınır. Ali təhsilini uğurla başa vurduqdan sonra Bakı şəhərində stomatoloji poliklinikada fəaliyyətə başlayır, bir müddət sonra isə doğma rayonuna dönərək, 1989-cu ildən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının diş həkimi kimi xidmət göstərməyə başlayır.
Mirhənifə Mirsultanovun fəaliyyətini bir kəlmə ilə ifadə etmək mümkün deyilsə, onun xeyirxahlıq misiyası kimi qurduğunu demək olar. O, təkcə stomatoloji xidmət göstərmir, həm də xəstələrinin qayğısına qalır, sosial problemlərinə həssaslıqla yanaşır. Rayonun içtimai fəalı kimi müxtəlif mədəni və kütləvi tədbirlərdə öndə iştirak edir, gənclərin sağlamlığına dair maarifləndirmə işlərində fəal rol oynayır.
Mirhənifə bəy həm də ailələr arasında yaranan küsülü münasibətlərin barışdırılmasını özünə mənəvi borc bilir. Bu, onun xasiyyətində olduğu qədər, Seyid Peyğəmbər övladı olaraq qanda daşıdığı dərin mənəvi dəyərlərin təzahürüdür. Bir çox ailələr onun vasitəsilə sülhə qovuşur, gərginliklər aradan qalxır, insanlar yenidən bir araya gəlirlər.
Bütün bu keyfiyyətlərin kökündə isə Hacı Misultan Mirsultanov kimi təqvalı, imanlı bir atanın övladı olmaq dayanır. Bu müqəddəs ailə ənənəsi Mirhənifəyə mənəvi güc verir, ona xalqına xidmət etməyi şərəf saymağı öyrədir. Elə buna görədir ki, Mirhənifə Mirsultanov Biləsuvar rayonunda yalnız stomatoloq kimi deyil, həm də nümunəvi insan, xeyirxah vətəndaş, səmimi dost kimi hörmətlə anılır.
Bu gün Mirhənifə həkimin adı Biləsuvarın ictimai və mədəni həyatında parlaq bir simvol, insanlıq, fədakarlıq və mərhəmətin təcəssümü kimi yaşayır. Onun xeyirxah fəaliyyətləri gələcək nəsillər üçün örnək olacaqdır.
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.







Türkiyə
Pakistan
İsrail
Azərbaycan