» » Biləsuvar rayonunda “14 iyul 1969-cu il: Zirvəyə gedən yolun başlanğıc tarixi” mövzusunda tədbir keçirildi


Biləsuvar rayonunda “14 iyul 1969-cu il: Zirvəyə gedən yolun başlanğıc tarixi” mövzusunda tədbir keçirildi



 
İyul ayının 13-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Zirvəyə gedən yolun başlanğıc tarixi” mövzusunda dəyirmi masa keçirildi. 

Tədbirdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Azər Cəfərli, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, bir qrup ərazi partiya təşkilat sədri və partiya fəalları iştirak edirdi. 
          
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
          
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
          
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
          
Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışaraq bildirdi ki, Ümummilli liderin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi bu tarix ölkəmizin qarşısında geniş üfüqlər açdı. Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider  Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Azərbaycanın müstəqil gələcəyini düşünən dahi şəxsiyyət məhz o illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Azərbaycan dilinin dövlət dili statusu qazanması və sair kimi biri-birindən mühüm addımlar Ümummilli Liderin respublikamızın gələcəyi ilə bağlı  təsəvvürlərinin aydın mənzərəsinin olduğunu bildirdi. 
          
Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələrindən, ölkəmizin müxtəlif inkişaf mərhələlərindən əhatəli söhbət açan K.Qurbanlı iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əsasını qoyduğu hərtərəfli inkişaf konsepsiyasının onun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində davam etdirildiyini bildirib, ölkəmizin hazırda dünyada mövqelərinin möhkəmləndiyini, beynəlxalq səviyyədə nüfuzunun daha da artdığını, regionda lider dövlətə çevrildiyini qeyd etdi.
          
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Azər Cəfərli çıxış edərək bildirdi ki,1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.  O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışaraq, Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etdi.
          
Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, Zakir Şahbazov, Qənbərəli Bağırov, Ağabəy Ağayev və Bəhruz Əliyev  mövzu ilə bağlı çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrü ölkəmizi tərəqqiyə aparan yolun başlanğıcı kimi xarakterizə edərək, həm sovet dönəmində, həm də müstəqillik illərində ictimai həyatın bütün sahələrinin inkişafında, milli maraqlarımızın təmin olunmasında, eləcə də milli kadrların yetişdirilməsində Ulu Öndərin misilsiz xidmətlərindən, uzaqgörən və düşünülmüş siyasətindən danışıblar. Qeyd ediblər ki, türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş aqrar-sənaye respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub. Dahi rəhbərin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə etdiyini qeyd edərək Ümummilli Liderimizin ideya və prinsiplərinə sadiq qalan Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmləndiyini vurğuladılar.
          
Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunaraq xatirə şəkli çəkildi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR