Çadr
» » Hərbçimiz qəzada öldü


Hərbçimiz qəzada öldü

25 sentyabr 2026, Cümə
122
0
Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisində yolu keçmək istəyən kişini avtomobil vuraraq öldürüb.

“Bilesuvarinfo”nun məlumatına görə, qəzada həyatını itirən şəxsin Azərbaycan Ordusunun kapitanı İsayev Elxan Tofiq oğlu olması müəyyənləşib.

Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən olan E.İsayev Vətən müharibəsində iştirak edib, döyüşlərdə yaralanıb. Göstərdiyi şücaətlərə görə çoxsaylı medallarla təltif olunub.
Qeyd edək ki, iki qız atası olan zabitimiz xidmətdə olduğu hərbi hissədən çıxıb evə gedərkən qəzanın qurbanı olub. Onun nəşi bu gün doğma kəndində torpağa tapşırılıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.