Çadr
» » Biləsuvarda xalaoğlanları arasında qətl hadisəsi


Biləsuvarda xalaoğlanları arasında qətl hadisəsi

05 oktyabr 2026, Bazar ertəsi
73
0

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.


“Biləsuvarinfo” 
xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Soltanlı Milan Loğman oğlu bıçaqlanıb. O, aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törətməkdə onun xalası oğlu, 2004-ci il təvəllüdlü Mehdiyev İlkin Anar oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.