Çadr
» » Dəyərli insan, istedadlı həkim əbədiyyətə qovuşdu


Dəyərli insan, istedadlı həkim əbədiyyətə qovuşdu

01 may 2026, Cümə
123
0
Dərin hüznlə bildiririk ki, Biləsuvar rayonunda savadlı, bacarıqlı və böyük təcrübəyə malik həkim kimi tanınan Bayraməli Süleyman oğlu Bayramov vəfat etmişdir.

Bayraməli həkim ömrünü insanların sağlamlığına həsr etmiş, 46 illik fəaliyyəti boyunca yüzlərlə insana şəfa bəxş etmiş, onların inam və hörmətini qazanmışdır.
1980-ci ildə Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında başlamışdır. Uzun illər doğma Nərimankənddə həkim məntəqəsinin baş həkimi kimi çalışmış, son illərdə isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində fəaliyyət göstərmişdir.
Bayraməli həkim daim öz üzərində çalışan, tibbin yeniliklərini izləyən, xəstələrinə diqqət və qayğı ilə yanaşan, sadə və səmimi insan idi. O, yalnız peşəkar həkim deyil, həm də nümunəvi ailə başçısı idi. Onun övladları da atasının yolunu davam etdirərək həkim peşəsini seçmişdir.
Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk. Bayraməli həkimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.