Çadr
» » Biləsuvarda zəncirvari qəza: ölən və yaralananlar var


Biləsuvarda zəncirvari qəza: ölən və yaralananlar var

12 oktyabr 2026, Bazar ertəsi
104
0

Biləsuvar rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Bilesuvarinfo”
xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan avtomobillər daha iki nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sərnişini, 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğlu aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə zamanı Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhərinin Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğlu xəsarət alıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəza “Niva” markalı avtomobilin sürücüsünün qəfildən idarəetməni itirməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.