» » Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi


Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi

 
Biləsuvar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Biləsuvar Rayon Ağsaqqallar Şurasının 13 may tarixində Heydər Əliyev Mərkəzində keçirilən hesabat konfransında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Abel Məhərrəmov, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və  ictimaiyyət  nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə konfrans iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Konfransda Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hesabat konfransında çıxış edən Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov iştirakçıları salamlayaraq ötən dövr ərzində şuranın fəaliyyəti barədə hesabat xarakterli məruzə edib.

Akif Kazımov çıxışında qeyd etmişdir ki, müasir cəmiyyətimizdə yeni nəslin tərbiyyəsi və həyatımızın bütün sahələrində ağsaqqal sözü, ağsaqqal məsləhəti əvəzsiz və istiqamətverici rol oynayır. Rayonumuzda yaşı yetmişi ötən və yaşadıqları illərin arxasında böyük bir həyat təcrübəsi, gördükləri işlər və yaratdıqları dayanan böyük bir ağsaqqallar qüvvəsi vardır. Məhz bu qüvvə ilə böyüməkdə olan nəslə düzgün tövsiyələr verir, Şura vasitəsilə gənclərlə dialoqlar və maarifləndirici tədbirlər təşkil edilir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov konfransda çıxış edərək  rayonun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyyə və məsləhətlərinə hər zaman ehtiyac vardır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ağsaqqallara böyük ehtiramla yanaşdığını qeyd edən natiq vurğulayıb ki, məhz onun hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Abel Məhərrəmov konfransda çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.

A.Məhərrəmov ağsaqqallıq hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb.Sonra  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib.

Abel Məhərrəmov Azərbaycan Ağsaqqallar Şurasının prioritetlərindən, qarşıya qoyduğu əsas məqsədlərdən söz açıb.

Çıxış edənlər ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini diqqətə çatdırıblar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan