Paraplan vasitəsi ilə ölkəyə 47 kq narkotik gətirən şəxslər saxlanılıb
Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10 104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb."Bilesuvarinfo"nun məlumatına görə, əvvəlcədən ötürülən lokasiya vasitəsi ilə narkotik vasitələri əldə edən, əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Müzakirə edin
Həmçinin oxuyun:
03 may 2024, Cümə
Biləsuvarda 9 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkarlanıb
18 oktyabr 2023, Çərşənbə
Biləsuvar polisi iranlını külli miqdarda narkotik və psixotrop maddə ilə saxladı
18 avqust 2022, Cümə axşamı
Xaricdən Biləsuvara 19 kq-dan artıq narkotik gətirən şəxs saxlanılıb - FOTO - VİDEO
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




Türkiyə
Pakistan
İsrail
Azərbaycan