Biləsuvarla Özbəkistanın Termez şəhəri qardaşlaşır
Məlum olduğu kimi, bu günlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında IV Regionlararası Forum keçirilib.
“Bilesuvarinfo” xəbər verir ki, forumun keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanla dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi xüsusi əhəmiyyətin, eləcə də iki ölkə arasında regional səviyyədə iqtisadi-ticari əməkdaşlığın daha da gücləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi istiqamətində atılan addımların növbəti nümunəsidir.Forum iki ölkə arasında mövcud potensialın reallaşdırılması, işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşlarının təşviqi baxımından mühüm platforma olub.
Tədbirdə hər iki ölkənin dövlət rəsmiləri, region rəhbərləri, investisiya agentliklərinin nümayəndələri və aparıcı işgüzar dairələrin təmsilçiləri iştirak ediblər. Görüşlər zamanı sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Forumda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da iştirak edib. O, görüşdə çıxışı zamanı Biləsuvar rayonu haqqında ətraflı məlumat verib. Azərbaycan–Özbəkistan xalqları arasında keçirilən regionlararası forumların ölkələrimizin regionları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sosial, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Forum çərçivəsində Faiq Qürbətov Surxandərya vilayət hakimiyyətinin müavini Şerali Xolmaxamadoviç Jorayev və Surxandərya vilayətinin Termez şəhərinin icra başçısı (hakimi) Şarofiddin Usanoviç Lolayevlə də görüşüb.
Görüşlər zamanı Biləsuvar rayonu ilə Termez şəhəri, eləcə də iki region arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi, sosial, mədəni və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Tərəflər qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və qardaşlaşmış şəhərlər arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 2024-cü il mayın 21-də Quba şəhərində keçirilən II Azərbaycan–Özbəkistan Regionlararası Forumu çərçivəsində Biləsuvar rayonu ilə Özbəkistanın Termez şəhəri arasında qardaşlaşma protokolu imzalanıb.


Müzakirə edin
Həmçinin oxuyun:
16 iyul 2026, Cümə axşamı
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın strateji baxışını bir daha nümayiş etdirdi
25 iyun 2026, Cümə axşamı
Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələ: ortaq kökdən strateji əməkdaşlığa doğru
17 noyabr 2025, Bazar ertəsi
Azərbaycan–Özbəkistan münasibətləri: Türk dünyasında yeni strateji əməkdaşlıq modeli
21 may 2024, Çərşənbə axşamı
Biləsuvar şəhəri ilə Özbəkistan Respublikasının Termez şəhəri qardaşlaşıb
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




Türkiyə
Pakistan
İsrail
Azərbaycan