Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “Müasir dövrün ailə problemlərinin, əmək, kommersiya, mülki və inzibati mübahisələrinin həllində, Mediasiya xidmətinin rolu” mövzusunda tədbir keçirilib


“Müasir dövrün ailə problemlərinin, əmək, kommersiya, mülki və inzibati mübahisələrinin həllində, Mediasiya xidmətinin rolu” mövzusunda tədbir keçirilib

12 sentyabr 2024, Cümə axşamı
614
0
Biləsuvar Rayon İcra Hakimiyyətinin və  Lənkəran 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya Qurbanov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru Ramin Şükürov, Biləsuvar rayon mediatoru Tahir Şahbazov, Astara rayon mediatoru Orxan İbrahimov, Cəlilabad rayon mediatoru İnqilab Bayramov, rayonun idarə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, sahibkarlar, rayon ağsaqqalları  iştirak edib.  

Tədbirdə çıxış edən Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru Ramin Şükürov bildirib ki, mübahisələrin alternativ həll yollarından biri olan Mediasiya müəyyən prinsiplər əsasında aparılan danışıqlar prosesidir. Xüsusi struktura malik olan bu danışıqlar prosesində iştirak edən neytral üçüncü şəxs-mediator tərəflərə mübahisənin onların maraqlarına-ehtiyaclarına uyğun həllinə kömək edir. Mediasiyanın məqsədi- tərəflər arasında səmərəli ünsiyyətin yaradılması, bərpası və məhsuldar sövdələşməni təmin etməkdir ki, nəticədə tərəflərə məhkəməyə getmədən mübahisəni qarşılıqlı razılıqla həll etməyə imkan verir. 

Çıxış edən mediatorlar mediasiya haqqında ətraflı məlumat verərək mediasiyanın ümumilikdə könüllü proses olduğunu bildiriblər.Qeyd olunub ki, tərəflər mübahisənin mediasiyada müzakirə olunmasına özləri qərar verirlər. Prosesin istənilən mərhələsində danışıqların səmərəsizliyinə görə mediasiyadan imtina edə bilərlər. Ölkəmizdə müəyyən iddialar üzrə məhkəməyə müraciət üçün icbari şərt kimi tətbiq olunan İlkin mediasiya sessiyasında iştirak sonrası işin mediasiyada həllinə  yoxsa məhkəməyə müraciətə tərəflər yenə könüllü qərar  verirlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan