Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
Azərbaycanın cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb“Bilesuvarinfo” xəbər verir ki, xəbər verir ki, 13 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycanın cənub bölgəsində yeni informasiya saytı – Cenub.media rəsmi olaraq oxucuların istifadəsinə verilib.
Saytın əsas məqsədi bölgədə baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəniyyət, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələr üzrə hadisələri operativ və obyektiv şəkildə işıqlandırmaqdır.
Yeni media platformasında Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı, Salyan və Neftçala rayonlarında, eləcə də ölkənin digər bölgələrində baş verən mühüm hadisələrə yer veriləcək.
Sayt vasitəsilə regionun aktual problemlərinin, ictimai əhəmiyyətli məsələlərin, sosial layihələrin və bölgənin inkişafı ilə bağlı proseslərin geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Cənub Media Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib.
Müzakirə edin
Həmçinin oxuyun:
22 iyul 2026, Çərşənbə
AZƏRBAYCAN MİLLİ MƏTBUATI - “Əkinçi” dən Zəfər tarixinə: Milli oyanışın və sözün işıqlı yolu
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




Türkiyə
Pakistan
İsrail
Azərbaycan