Kənd Təsərrüfatı Nazirliyi könüllü qəbulu üçün elan etdi

Fermerin Rəqəmsal Dostu olmağa hazırsan?
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində “Fermerin Rəqəmsal Dostu” layihəsinə start verir. 16–21 oktyabr 2026-cı il tarixlərində layihəyə könüllülər cəlb olunur.
Layihənin məqsədi “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) bəyan prosesində fermerlərə və vətəndaşlara könüllülər vasitəsilə rəqəmsal dəstək göstərməkdir. Əgər rəqəmsal bacarıqlarını öz bölgənizin fermerlərinin xidmətinə vermək istəyirsənsə, bu çağırış sənin üçündür!
Hansı rayonlarda?
Aşağıdakı rayon və ərazilərin hər birində fəaliyyət göstərəcək könüllülərə ehtiyac var: Şəki, Zərdab, Quba, Neftçala, Qusar, Qazax, Goranboy, Masallı, Göyçay, Zaqatala, Şamaxı, Bərdə, Cəlilabad, Şəmkir, Saatlı, Ucar, Ağsu, Qəbələ, İsmayıllı, Ağstafa, Oğuz, Beyləqan, İmişli, Yevlax, Sabirabad, Ağcabədi, Biləsuvar, Ağdaş, Xaçmaz, Qobustan, Naxçıvan Muxtar Respublikası, Kürdəmir, Tovuz, Qax və Salyan.
Kimlər müraciət edə bilər?
- Şəxsi notebook və ya planşeti olanlar — bu, mütləq tələbdir;
- Kompüterdən, internetdən və onlayn platformalardan sərbəst istifadə edə bilənlər;
- Ünsiyyətcil, səbirli və insanlara kömək etməyi sevənlər;
- Məsuliyyətli, dəqiq və şəxsi məlumatların məxfiliyinə hörmət edənlər;
- Siyahıdakı rayonlardan birində fəaliyyət göstərmək imkanı olanlar.
Seçilmiş namizədlər üçün təlimlərin 22–30 oktyabr 2026-cı il tarixlərində onlayn qaydada keçirilməsi planlaşdırılır. Təlimlərdə EKTİS platforması, bəyan prosesinin mərhələləri, fermerlərlə ünsiyyət və məlumatların məxfiliyi öyrədiləcək. Təlimlərin qrafiki, formatı və məkanı barədə məlumat seçilmiş namizədlərə ayrıca çatdırılacaq.
Nə qazanacaqsan?
- EKTİS və rəqəmsal kənd təsərrüfatı xidmətləri üzrə praktiki bilik;
- Dövlət layihəsində ictimai faydalı könüllülük təcrübəsi;
- Öz bölgəndə fermerlərə real töhfə vermək imkanı;
- Sertifikat;
- Gələcəkdə Nazirliyin rəqəmsal layihələrində töhfə vermək imkanı;
- Müraciət linki: https://forms.gle/ToUEBd9eXDbogiLy8
- Müraciət üçün son tarix: 21 oktyabr 2026-cı il saat 18:00-dək
Tarix: 16 Oktyabr 2026
Müzakirə edin
Həmçinin oxuyun:
19 sentyabr 2024, Cümə axşamı
Biləsuvar DAİM-də subsidiyanın verilməsi qaydalarına edilmiş dəyişikliklə bağlı təlim keçirildi
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan