Çadr
» » » Dövlət Proqramı çərçivəsində daha dörd kənddə fermerlərlə görüş keçirildi - Biləsuvar DAİM


Dövlət Proqramı çərçivəsində daha dörd kənddə fermerlərlə görüş keçirildi - Biləsuvar DAİM

22 oktyabr 2026, Cümə axşamı
89
0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqram”nın icrasını təmin etmək məqsədi ilə rayonun daha dörd kəndində Amankənd, İsmətli, Nərimankənd və Günəşli kəndlərində görüş keçirilib. 

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, görüşdə bu məqsədlə RİH-də yaradılmış Qərargahın üzvləri, o cümlədən Mərkəzin əməkdaşları və fermerlər iştirak edib. Tədbirdə dövlət tərəfindən aqrar sektorun inkişafına göstərilən dəstək, tətbiq olunan subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmləri kənd təsərrüfatı istehsalının genişləndirilməsinə, yeni təsərrüfatların yaradılmasına və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verdiyi qeyd edilmişdir. Fermerlərin problemlərinin dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi işinin diqqət mərkəzində saxlanılacağı bildirilmişdir.

Fermerlərin aqrar sahədə qarşılaşdıqları çətinliklər və təkliflər dinlənilmiş, proqram çərçivəsində nəzərdə tutulan dəstək mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Biləsuvar DAİM 

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.