Çadr
» » Sabah Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq


Sabah Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq

07 iyul 2026, Çərşənbə axşamı
214
0
Sabah Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq.

"Bilesuvarinfo"nun məlumatına görə, Biləsuvar EŞ-nin ərazisində 110/35/10/6 kV-luq “Səmədabad” yarımstansiyasından çıxan 35 kV-luq “Səmədabad” hava xəttində təmir işləri görüləcək. Beləliklə, sabsh saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.

Həmçinin Cəlilabad EŞ-nin ərazisində yerləşən 110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq “Cəlilabad” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.