Bölgələrdə ilk dəfə olaraq Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzi açılıb
Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Azərbaycan–Çin təhsil əməkdaşlığının inkişafına həsr olunmuş görüş keçirilib."Bilesuvarinfo"nun məlumatına görə, görüş çərçivəsində kompleksdə Konfutsi Mərkəzinin açılışı olub və mərkəzin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, eləcə də Mübariz İbrahimov adına Təhsil Kompleksinin İcraçı direktoru Aqşin Bağırov, liseyin müəllim və şagird heyəti iştirak ediblər.
Kompleksin İcraçı direktoru Aqşin Bağırov çıxışında Kompleksdə beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, Konfutsi Mərkəzinin açılması şagirdlərin yeni dillər öyrənməsi, fərqli mədəniyyətlərlə tanış olması və beynəlxalq dünyagörüşünün formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Aqşin Bağırov bu təşəbbüsün gələcəkdə təhsil sahəsində daha böyük layihələrin həyata keçirilməsinə zəmin yaradacağını vurğulayıb.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxışında iki ölkə arasında əməkdaşlığın humanitar və təhsil sahələrində uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, belə mərkəzlər xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və gənclərin müxtəlif mədəniyyətləri daha yaxından tanımasına töhfə verir.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla isə çıxışında xarici dillərin öyrənilməsinin müasir gənclər üçün geniş imkanlar yaratdığını vurğulayıb. O bildirib ki, Konfutsi Mərkəzinin fəaliyyətə başlaması şagirdlərin beynəlxalq bilik və bacarıqlarının inkişafına, eləcə də Azərbaycan–Çin təhsil əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.
Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda qonaqlar təhsil kompleksi ilə tanış olub, şagirdlər üçün yaradılan şərait və həyata keçirilən yeniliklər barədə məlumatlandırılıblar.

Müzakirə edin
Həmçinin oxuyun:
09 yanvar 2026, Cümə
Biləsuvarda təhsil kompleksi Çinlə təhsil körpüsü qurur – Konfutsi İnstitutunun filialı yaradılır
13 noyabr 2025, Cümə axşamı
Məmur–vətəndaş münasibətlərində sağlam əsas dövlətin möhkəmlənməsinə xidmət edir
27 iyun 2024, Cümə axşamı
Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində “Arzuların sahili” adlı məzuniyyət gecəsi keçirildi
14 iyun 2022, Çərşənbə axşamı
Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksində son zəng tədbiri keçirilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.



Türkiyə
Pakistan
İsrail
Azərbaycan