"P Aqro MMC"-nin texnikalarına təhlükəsizlik məqsədilə baxış keçirildi

Dövlət proqramına və tədbirlər planına uyğun olaraq Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi tərəfəfindən rayonda "P Aqro" MMC-nin Biləsuvar rayonunda yerləşən pambıq emalı zavodu və qəbul məntəqəsində pambıq yığımına hazırlıqla bağlı texniki təminatın mövcud vəziyyətinin monitorinqi aparıldı və “Texniki təhlükəsizlik qaydaları” mövzusunda mühəndis texniki işçilər və mexanizatorlara maarifləndirici təlim keçirilmişdir.
"BİLESUVARİNFO" xəbər verir ki, monitorinqin və təlimin məqsədi cari ildə pambıqçılıq şirkətlərinə məxsus olan pambıq yığımında və daşınmasında və emalında istifadəsi nəzərdə tutulan kənd təsərrüfatı texnikalarının, pambıq qəbulu laboratoriyasının texniki avadanlıqlarının mövcud vəziyyətinin müəyyən edilməsi, pambıqyığan kombaynlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi, yanğın təhlükəsizliyinə qarşı müvafiq tədbirlərin görülməsi və bu sahədə çalışan mühəndis-texniki işçilərin və mexanizatorların təlimatlandırılması olmuşdur.
Biləsuvar DAİM-in texniki nəzarət müfəttişi tərəfindən pambıq yığımı mövsümündə istifadə olunacaq texniki avadanlıqlara, traktorlara, traktor yedəklərinə, pambıqyığan kombaynlara baxış keçirildi və sürücü mexanizatorların sürücülük vəsiqəsinin kateqoriyası və etibarlılıq müddəti yoxlanıldı. Baxış zamanı şirkətlərin məsul şəxslərinə aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verildi.
Biləsuvar DAİM










Müzakirə edin
Həmçinin oxuyun:
04 mart 2025, Çərşənbə axşamı
Biləsuvarda texnikaların saxlanma qaydalarına və yaz tarla işlərinə hazırlıq vəziyyətinə baxış keçirildi
04 mart 2024, Bazar ertəsi
"Aqropark-Yaşıl Ada" MMC-də texnikaların saxlanma qaydalarına və yaz tarla işlərinə hazırlıq vəziyyətinə baxış keçirildi
09 fevral 2024, Cümə
Təşkilatlarda traktor və kənd təsərrüfatı texnikalarının saxlanma vəziyyətinə baxış keçirildi.
23 avqust 2024, Cümə
Biləsuvarda pambıq yığımına hazırlıqla bağlı mövcud vəziyyətin monitorinqi aparılıb
29 avqust 2022, Bazar ertəsi
Pambıqyığan kombaynlarda təhlükəsizlik qaydaları ilə bağlı təlim keçirilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.


Türkiyə
Pakistan
İsrail
Azərbaycan