Çadr
» » Sən də peşəyə gəl, peşənin peşəkarı ol adlı “Açıq qapı” günü keçirildi


Sən də peşəyə gəl, peşənin peşəkarı ol adlı “Açıq qapı” günü keçirildi

09 iyun 2026, Çərşənbə axşamı
158
0
4 iyun 2026-cı il tarixində Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi ilə mütəmadi əməkdaşlıq edən Biləsuvar Peşə Liseyində “ Sən də peşəyə gəl, peşənin peşəkarı ol” adlı “Açıq qapı” günü keçirildi. Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərunə uyğun olaraq onun peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir. 

Əməkdaşlıq çərçivəsində Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq bizdə zəruri tövsiyyə və təkliflərimizi maraqlı şəxslərə təqdim etdik. Gənclərə peşə təhsili sahəsindəki geniş imkanlar, peşə sahələrinin tələbləri, inkişaf perspektivləri bu sahə ilə bağlı yeniliklər barədə məlumat verdik.

Sonda tədbir çərçivəsində müxtəlif sahələr üzrə praktiki məşğələlər və ustad dərsləri nümayiş etdirildi.

Nurəddin Quliyev
Biləsuvar DAİM-in direktoru
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.