» » “Tarix yazan əbədiyaşar Lider” mövzusunda dəyirmi masa keçirildi


“Tarix yazan əbədiyaşar Lider” mövzusunda dəyirmi masa keçirildi





Oktyabr ayının 18-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Tarix yazan əbədiyaşar Lider” mövzusunda dəyirmi masa keçirildi. 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri, idarə müəssisə və təşkilatların nümayəndələri iştirak edirdi.

Tədbirin açılışında ilk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirin əvvəlində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etirildi.

YAP Biləsuvar rayon təşkilatının inzibati binasında baş tutan tədbiri giriş sözü ilə açan təşkilatın sədri Kamil Qurbanlı iştirakçıları salamaladı. 

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov bildirdi ki, 1991-ci ilin 18 oktyabr tarixində xalqımız öz dövlət müstəqilliyinə qovuşsa da, həmin dövrdə ölkənin idərə olunmasında yaranmış xaos və özbaşnalıq nəticəsində ölkəmizin suverenliyinin, müstəqilliyinin qorunması çox çətin bir vəziyyət almışdır. Respublikamızın qarşılaşdığı ağır bir zamanda xalqın təkildi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı və ardıcıl mübarizə apararaq onu həqiqi müstəqilliyinə qovuşdurdu.

Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu.Ulu Öndərin xalqımızın milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının davamı 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. 2020-ci ilin payızında və bu ilin sentyabr ayında Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı müharibədə qazandığı tarixi qələbə Azərbaycan xalqının yüz illər boyu apardığı haqq-ədalət mübarizəsinin təntənəsi idi.Bununla da, Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu bir daha bütün dünyaya sübut etdi.

Kamil Qurbanlı çıxış edərək müstəqillik gününün tarixi əhəmiyyəti, onun Azərbaycan xalqının və dövlətinin həyatındakı yeri və rolu barədə ətraflı danışdı. Müstəqilliyin qorunub saxlanılması və inkişaf etdirilməsindən ötəri Ulu Öndər Heydər Əliyevin uzaqgörən tarixi fəaliyyəti barədə məlumat verdi. Ulu Öndərin əsasını qoyduğu müstəqil Azərnaycan dövlətnin təməli üzərində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi nailiyyətlərə imza atdığını qeyd etdi. Bu ilki müstəqillik gününü həm cənab prezidentin fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsini, həm də əraziləri işğaldan azad edilmiş bütöv, suveren Azərbaycanda qeyd edilməsini əlamətdar hadisə olduğunu bildirdi. K.Qurbanlı çıxışında tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının ideloji əsasları və pirinsipləri naminə bundan sonra da daha fəal olmağa və müstəqil Azərbaycan dövlətçiliyi naminə bilik və təcrübələrini sərf etməyə çağırdı.

Tədbirdə çıxış edən rayon ziyalısı Əzizağa Hətəmov, YAP Rayon təşkilatının 6 saylı ƏPT sədri Mirnəsib Kazımov, şəhər 1 saylı tam orta məktəbinin müəllimi Təranə Babayeva, Biləsuvar Gənclər və İdman Sektorunun müdiri Azad Quliyev, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov mövzu ilə əlaqədar çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, Ulu Öndərin memarı və qurucusu olduğu, hazırda böyük yüksəliş dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyinin etibarlı əllərdə olduğunu vurğuladılar.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkildi.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR