Həmyerlimiz ötən ilki səmərəli fəaliyyətinə görə nazir tərəfindən təltif olunub - FOTOLAR

Martın 6-da Elm və Təhsil Nazirliyinin bir qrup əməkdaşı 2024-cü il ərzində səmərəli fəaliyyətlərinə və vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirdiklərinə görə təltif edilib.
"Bilesuvarinfo" xəbər verir ki, təltifetmə mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əməkdaşları təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ötən ilin yaddaqalan məqamlarına, ölkə tarixində baş verən mühüm hadisələrə toxunan Emin Əmrullayev nazirliyin həyata keçirdiyi islahatların uğurlu nəticəsində əməkdaşların səylərini xüsusi qiymətləndirib. Nazir həmçinin dövlət qulluqçularının fəaliyyətində dürüstlük, loyallıq və məsuliyyətli olmağın vacibliyinə toxunub.
Daha sonra təltiflər təqdim olunub.
Təltif olunanlardan da biri həmyerlimiz Hüseyn Hüseynov - Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi olub.
Bu təltif münasibətilə Hüseyn müəllimi təbrik edir, ona uğurlar arzulayırıq!

Müzakirə edin
Həmçinin oxuyun:

09 oktyabr 2023, Bazar ertəsi
Həmyerlimiz Elvin Novruzov Ukraynada ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçi oldu - FOTO
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.