Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Həmyerlimiz Elvin Novruzov Ukraynada ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçi oldu - FOTO


Həmyerlimiz Elvin Novruzov Ukraynada ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçi oldu - FOTO

09 oktyabr 2023, Bazar ertəsi
1 654
0

Ukrayna Prezidenti Volodimir Zelenski döyüşlərdə həlak olan Silahlı Qüvvələrin daha bir azərbaycanlı hərbçisini mükafatlandırıb.

"Bilesuvarinfo" "Report"a
istinadən xəbər verir ki,  Ukrayna Prezidenti Silahlı Qüvvələrin azərbaycanlı əsgəri Novruzov Elvin İlqar oğlunu ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edib.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub, boya-başa çatıb. Ukraynada gedən genişmiqyaslı müharibənin ilk günlərindən döyüşə qatılan həmyerlimiz bu ilin əvvəlində Baxmut ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Qeyd edək ki, buna qədər də Ukrayna Prezidenti Silahlı Qüvvələrin bir neçə azərbaycanəsilli hərbçisini mükafatlandırıb.

Elvin Novruzov ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçidir.

"Bilesuvarinfo"nun əldə etdiyi məlumata görə, E. Novruzov Biləsuvar rayonunun Ağayrı kəndindəndir.

Belə ki, mərhumun atası biləsuvarlıdır, anası isə ukraynalıdır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan