Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » YAP Biləsuvar rayon təşkilatı seçicilərlə görüşü davam etdirir


YAP Biləsuvar rayon təşkilatı seçicilərlə görüşü davam etdirir

03 fevral 2024, Şənbə
373
0
7 fevral 2024 - cü il tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Biləsuvar rayonunda şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları ilə, eləcə də “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Xırmandalı kəndində və şəhid ailələri ilə görüşüblər. 

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, şəhid ataları Ağaqulu Tağıyev, Rafət İsayev, Zakir Xosiyev, təşviqat qrupunun üzvlərindən Akif Kazımov, Rəfiqə Cəfərova, Nailə Mehdiyeva və Bəhruz Əliyev çıxış ediblər. 

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda cənab İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından və digər əldə olunmuş nailiyyətlərdən geniş bəhs olunub.

Qeyd olunub ki, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsində qızıl hərflərlə əbədi yazılacaq. 

Natiqlər seçiciləri seçkilərdə fəal iştirak etməyə, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində seçkilərdə fəal iştirak edərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan