7 fevral 2024 - cü il tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Biləsuvar rayonunda ziyalılar və ağsaqqallarla, eləcədə “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq “Heydər Əliyev küçəsi 49”, “Səməd Vurğun küçəsi 37” ünvanlarında və şəhid ailələri ilə görüşülər keçirilib.
Rayon Gənclər Evində keçirilən görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, təşviqat qrupunun üzvləri Murtəza Həsənoğlu, Fikrət Cahangirov, Rəfiqə Cəfərova, Akif Kazımov, Zakir Şahbazov, Ramil Ağayev, Səyalə Şahbazova, Rafət İsayev və Nailə Mehdiyeva çıxış ediblər.
Çıxışlarda fevralın 7-də keçiriləcək prezident seçkilərinin zəruriliyindən, cənab İlham Əliyevin müasir Azərbaycanın inkişafı istiqamətində gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından və digər möhtəşəm nailiyyətlərdən bəhs olunub. Xüsusi olaraq vurğulanıb ki, hazırda Azərbaycan qalib liderin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər səsvermə günü seçimlərinin Azərbaycanı dünyada güclü və qalib ölkə kimi tanıtdıran cənab İlham Əliyev olacağını bildiriblər.