» » YAP Biləsuvar rayon təşkilatı seçicilərlə görüşü davam etdirir


YAP Biləsuvar rayon təşkilatı seçicilərlə görüşü davam etdirir



7 fevral 2024 - cü il tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Biləsuvar rayonunun Amankənd kəndində seçicilərlə və “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Heydər Əliyev küçəsi 23 ünvanında, Əliabad kəndində şəhid Kərimli Səməd İkram oğlu, şəhid İsayev Rahət Rafət oğlu və Xırmandalı kəndində şəhid Məmmədov Elvin Tərlan oğlunun ailəsi ilə görüşüblər. 

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, təşviqat qrupunun üzvlərindən Balaqardaş Kazımov, Bəhruz Əliyev, Aqşin Qasımov və Mirhənifə Mirsultanov çıxış ediblər. 

Görüş zamanı çıxışlarda vurğulanıb ki, Azərbaycanın son 20 ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, Prezident İlham Əliyevin müdrik siyasətinin bariz nümunəsidir. Cənab İlham Əliyevin daxili və xarici siyasəti, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan qələbə, işğaldan azad olunmuş torpaqlarda görülən böyük bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi salnaməsinə qızıl hərflərlə yazılması xüsusi qeyd olunub. Qeyd edilib ki, bu gün müstəqil Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır. 

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin uğurlu fəaliyyətindən söz açaraq fevralın 7-də keçiriləcək seçkilərdə qalib Liderə yekdilliklə səs verəcəklərini bildiriblər.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR