» » YAP Biləsuvar rayon təşkilatı seçicilərlə görüşü davam etdirir


YAP Biləsuvar rayon təşkilatı seçicilərlə görüşü davam etdirir

7 fevral 2024 - cü il tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Biləsuvar rayonunun Təzəkənd, Yuxarı Cürəli kəndlərində, Biləsuvar şəhəri H.Əliyev küçəsi 53 ünvanında və  “Azərpambıq ASK” – nin Biləsuvar filialında  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası Rafət İsayev, təşviqat qrupunun üzvlərindən Zakir Şahbazov, Mirnəsib Kazımov, Ramil Ağayev, Mirzə Cəfərov, Nailə Mehdiyeva və Əjdər Niftiyev çıxış ediblər. 

İlk öncə Təzəkənd kəndinin mərkəzində şəhidlərin adına əbədiləşdirilmiş xatirə kompleksi ziyarət olunaraq önünə gül dəstələri düzülmüş və xatirələri yad edilmişdir.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü siyasət həyata keçirib. Cənab Prezidentin rəhbərliyi ilə son 20 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi zəfərlər qazanıb. Qeyd edildi ki, 30 ildən sonra ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, həm də Zəfər seçkiləri olaraq Azərbaycanın siyasi tarixinə yazılacaq. 30 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkün soydaşlarımız öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər artıq seçimlərini etdiklərini və 7 fevralda seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini vurğulayıblar.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR