YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Ovçubərə kəndində keçirmişdir

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Biləsuvar rayonunun Ovçubərə kəndində seçicilərlə və “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq şəhid ailələri ilə görüşüblər.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid anası Ayna Tağıyeva, təşviqat qrupunun üzvləri Mirnəsib Kazımov, Bəhruz Əliyev və Mirhənifə Mirsultanov çıxış ediblər.
Çıxışlarda Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin fəaliyyəti dövründə dövlətimizə və xalqımıza bəxş etdiyi tarixi nailiyyətlərdən, zəfərlərdən bəhs edilib. Bildirilib ki, bu gün Azərbaycanın dünyada artan nüfuzu Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüzün bərpa olunması dövlət başçısının siyasətinin zirvəsidir.
Seçicilərə 7 fevral tarixində keçiriləcək səsvermə prosesində fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırışlar edilib.
Çıxış edən seçicilər Prezident İlham Əliyevin Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıdan söz açıb, fevralın 7-də xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.










Müzakirə edin
Həmçinin oxuyun:

25 yanvar 2024, Cümə axşamı
YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Xırmandalı kəndində keçirmişdir

24 yanvar 2024, Çərşənbə
Biləsuvar rayonunun Səmədabad və Nərimankənd kəndində seçicilərlə görüş keçirilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.