Prezident İlham Əliyev Azərbaycan üçün taleyüklü məsələləri həll edib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Biləsuvar rayonunun Bağbanlar, Aranlı və Çinarlı kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvlərindən Rəfiqə Cəfərova, Talıbağa Talıbov, Mirzə Cəfərov, Bəhruz Əliyev və Ramiz Əliyev çıxış ediblər.
Çıxışçılar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs ediblər. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək.
Natiqlər dövlətimizin inkişaf yolunda inamla irəlilədiyini qeyd edib, seçiciləri cənab İlham Əliyevi dəstəkləyərək onun ətrafında sıx birləşməyə çağırıblar.
Çıxış edən seçicilər Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən söz açaraq fevralın 7-də keçiriləcək seçkilərdə qalib Liderə yekdilliklə səs verəcəklərini bildiriblər.











Müzakirə edin
Həmçinin oxuyun:

25 yanvar 2024, Cümə axşamı
YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Xırmandalı kəndində keçirmişdir

24 yanvar 2024, Çərşənbə
YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Çaylı və İsmətli kəndlərində keçirmişdir

24 yanvar 2024, Çərşənbə
Biləsuvar rayonunun Səmədabad və Nərimankənd kəndində seçicilərlə görüş keçirilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.