YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Xırmandalı kəndində keçirmişdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Biləsuvar rayonunun Xırmandalı kəndində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası Yusif Teymurov, təşviqat qrupunun üzvləri Fikrət Cahangirov, Akif Kazımov, Balaqardaş Kazımov, Maarif Əsədov və Aqşin Əkbərov çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin fəaliyyəti dövründə dövlətimizə və xalqımıza bəxş etdiyi tarixi nailiyyətlərdən bəhs edilib. Vurğulanıb ki, bu gün Azərbaycanın dünyada artan nüfuzu Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğu xüsusi qeyd edilib.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.










Müzakirə edin
Həmçinin oxuyun:

24 yanvar 2024, Çərşənbə
YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Çaylı və İsmətli kəndlərində keçirmişdir

24 yanvar 2024, Çərşənbə
YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Nəsimi kəndində keçirmişdir

24 yanvar 2024, Çərşənbə
Biləsuvar rayonunun Səmədabad və Nərimankənd kəndində seçicilərlə görüş keçirilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.