» » Biləsuvar rayonunun Səmədabad və Nərimankənd kəndində seçicilərlə görüş keçirilib


Biləsuvar rayonunun Səmədabad və Nərimankənd kəndində seçicilərlə görüş keçirilib



Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Biləsuvar rayonunun Səmədabad və Nərimankənd kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvləri Akif Kazımov, Əjdər Niftiyev, Bəhruz Əliyev, Rauf Nuri, Aydın Bəşirov, şəhid anası Rəfiqə Əliyeva və şəhid qardaşı Nurəddin Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nailiyyətlərindən geniş bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu kursu yeni dövrün tələblərinə uyğun  şəkildə uğurla davam etdirib. 

Vurğulanıb ki, cənab İlham Əliyev birinci dəfə Azərbaycan Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. 7 fevral prezident seçkiləri ölkəmizin bütün suveren ərazilərini əhatə etməklə tariximizə parlaq bir səhifə kimi həkk olunacaq və qüdrətli dövlətimizin, qalib xalqımızın güclü iradəsinin bariz təzahürü olacaq.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilərdən Kamal Teymurov, Maqsud Novruzov, Sərxoş Quliyev, Famil Məmmədov və Vasif Hümbətov çıxış edərək fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR