YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Çaylı və İsmətli kəndlərində keçirmişdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Biləsuvar rayonunun Çaylı və İsmətli kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası Cəfərqulu Babayev, təşviqat qrupunun üzvləri Habil Əskərov, Bəhruz Əliyev, Mirzəli Məmmədov, Rüstəm Əliyev, Vaqif Cəbrayılov və Azər Hümbətov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, respublikamızın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə qatılıb. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun həyata keçirilməklə müstəqil Azərbaycanı güclü dövlətə çevirib. Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, özünün güc mərkəzi rolunu bütün dünyaya sübuta yetirib. Bundan sonrakı hədəf Ermənistanla sülh müqaviləsinin imzalanması, azad edilmiş ərazilərimizdə abadlıq və quruculuq işlərinin daha da genişləndirilməsidir.
Görüş zamanı çıxış edən seçicilər isə qalib Lider İlham Əliyevə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.








Müzakirə edin
Həmçinin oxuyun:

24 yanvar 2024, Çərşənbə
YAP Biləsuvar rayon təşkilatı seçicilərlə növbəti görüşü Nəsimi kəndində keçirmişdir

24 yanvar 2024, Çərşənbə
Biləsuvar rayonunun Səmədabad və Nərimankənd kəndində seçicilərlə görüş keçirilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.