» » » Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirələri yad edildi


Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirələri yad edildi

Sentybar ayının 29-da Biləsuvar rayonunun Çaylı kəndində şəhid Babayev Elməddin Cəfərqulu oğlu, şəhid Məmmədzadə Kamran Füzuli oğlu, Günəşli kəndində şəhid Xosizadə Müşfiq Zakir oğlu, Nərimankənd kəndində şəhid Eynullayev Rövşən Elşən oğlu, Bəydili kəndində şəhid Quluzadə Məhəmməd Cəlal oğlu   və Biləsuvar şəhərində  şəhid Astanlı İqbal İlqar oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu.

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun giziri olmuş şəhid Babayev Elməddin Cəfərqulu oğlu 26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və sentyabr ayının 29-da Tərtər rayonunun Suqovuşan kəndi  uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Babayev Elməddin Cəfərqulu oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.



Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Məmmədzadə Kamran Füzuli oğlu 24 mart 1996-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib, sentyabr ayının 29-da Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədzadə Kamran Füzuli oğlu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.



Azərbaycan Ordusunun giziri olmuş şəhid Xosizadə Müşfiq Zakir oğlu 14 aprel 1994-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və sentyabr ayının 29-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Xosizadə Müşfiq Zakir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.



Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Eynullayev Rövşən Elşən oğlu 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib, sentyabr ayının 29-da Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Eynullayev Rövşən Elşən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.



Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Quluzadə Məhəmməd Cəlal oğlu 7 avqust 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və sentyabr ayının 29-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Quluzadə Məhəmməd Cəlal oğlu ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və sentyabr ayının 29-da Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Astanlı İqbal İlqar oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. 


Allah şəhidlərimizə rəhmət eləsin!


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR