» » » Şəhidlərin anım günlərində xatirələri yad edildi


Şəhidlərin anım günlərində xatirələri yad edildi

Biləsuvar rayonunun Ağayrı kəndində I Qarabağ müharibəsi şəhidi Haxverdiyev Cavid Əlifağa oğlu və Ağalıkənd kəndində II Qarabağ müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, sədr müavini, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Haxverdiyev Cavid Əlifağa oğlu 16 aprel 1975-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub.1981-1992 – ci illərdə Ağayrı kənd tam orta məktəbində təhsil almışdır. Hələ 17 yaşında orta məktəbdə oxuyarkən,  1992 – ci ilin fevral ayında cəbhəyə yollanmışdır. 3 ay sonra döyüşdə yaralanan Cavid müalicəsini tam başa çatdırmaq üçün evlərinə göndərilir. Kənd xəstəxanasında tibb  bacısı işləyən anası yarasının ağır olduğunu görüb oğluna cəbhəyə qayıtmamağı məsləhət bilir. Lakin məktəb yaşlı döyüşçü yarası sağalar sağalmaz geri-səngərə dönür. 1992-ci ilin sentyabr ayının 9-da  döyüş tapşırığını yerinə yetirərkən  şəhadətə qovuşur və  oktyabr ayının 2 – də Ağayrı kənd qəbiristanlığında dəfn olunur. Ölümündən sonra adı əbədiləşdirilərək Ağayrı kənd tibb məntəqəsinə verilmişdir. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-sı olmuş Qurbanov Ruslan Üzeyir oğlu 7 sentybar 1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib. Döyüşlərdə şücaət göstərib və Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2 oktyabr 2020- ci ildə Ağalıkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qurbanov Ruslan Üzeyir oğlu  ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə”  medalları ilə təltif edilib. 

Allah şəhidlərimizə rəhmət eləsin!.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR