Şəhidlərin doğum günündə xatirələri anılıb

Sentybar ayının 7 - də Biləsuvar rayon Təzəkənd kəndində I Qarabağ müharibəsi şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun və Ağalıkənd kəndində II Qarabağ müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun doğum günləri ilə əlaqədar ailələri ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, Qarabağ müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarətçilər şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra kənd qəbirstanlıqlarında şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Quliyev Tacəddin Allahverdi oğlu 7 sentybar 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 8 oktyabr 1993-cü ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 aprel 1994-cü ildə Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-su olmuş Qurbanov Ruslan Üzeyir oğlu 7 sentybar 1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Murovdağ yüksəkliyində şəhid olmuşdur. 2 oktyabr 2020- ci ildə Ağalıkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qurbanov Ruslan Üzeyir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” və medalları ilə təltif edilib.
Şəhid Quliyev Tacəddin Allahverdi oğlu və Qurbanov Ruslan Üzeyir oğlunun adları əbədiləşdirilərək böyüyüb boya başa çatdıqları kəndlərin küçələrindən birinə verilmişdir.
Allah rəhmət eləsin!

Müzakirə edin
Həmçinin oxuyun:

12 aprel 2022, Çərşənbə axşamı
11 aprel 2018-ci il prezident seçkiləri – Lider - Xalq birliyinin növbəti təntənəsidir
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.