Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Şəhid Asif Mirayə oğlu Abdulovun anım günündə xatirəsi yad edildi


Şəhid Asif Mirayə oğlu Abdulovun anım günündə xatirəsi yad edildi

22 aprel 2024, Bazar ertəsi
452
0
Aprel ayının 22-də Biləsuvar rayonunun Yuxarı Ağalı  kəndində I Qarabağ müharibəsi şəhidi Abdulov Asif Mirayə oğlunun anım günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideyninə baş sağlığı vermişlər. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Abdulov Asif Mirayə oğlu 23 dekabr 1975-ci ildə Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Yuxarı Ağalı kənd tam orta məktəbində təhsil almış və 11 yanvar 1994-cü ildə Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Ağdam rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən  qəhrəmancasına şəhid olmuş və 22 oktyabr 1994-cü ildə Yuxarı Ağalı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Yuxarı Ağalı kənd tam orta məktəbinə verilib. 

Allah şəhidlərimizə rəhmət eləsin!

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan