» » » Şəhid Müşfiq Zakir oğlu Xosizadənin doğum günündə xatirəsi yad edildi


Şəhid Müşfiq Zakir oğlu Xosizadənin doğum günündə xatirəsi yad edildi

Aprel ayının 14-də Biləsuvar rayonunun Günəşli  kəndində şəhid Xosizadə Müşfiq Zakir oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideyninə baş sağlığı vermişlər. Daha sonra Ağayrı kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun giziri olmuş şəhid Xosizadə Müşfiq Zakir oğlu 14 aprel 1993-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 1999-2008-ci illərdə Günəşli kənd ümumi orta və 2008-2010-cu illərdə Ağayrı kənd tam orta məktəblərində təhsil almışdır. 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və 2013-cü ilin noyabr ayından gizir rütbəsində ordu sıralarında xidmətini davam etdirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və sentyabr ayının 29-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29 sentyabr 2020-ci ildə Ağayrı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Xosizadə Müşfiq Zakir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi