» » » Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi


Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi





Dekabr ayının 6-da Biləsuvar şəhərində şəhid Əlizadə Tahir Qəribəli oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

lumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Əlizadə Tahir Qəribəli oğlu 21 iyun 1994-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur.  2000-2009-cu illərdə Biləsuvar şəhər 1 saylı ümumi orta məktəbində, 2009-2011-ci illərdə Ə.Eynullayev adına 4 saylı tam orta məktəbində təhsil almış və 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən gizir rütbəsində hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış və Hadrut uğrunda gedən döyüşdə yaralanmış, bir müddət müalicə alaraq yenidən döyüşə qayıtmışdır. Gizir Əlizadə Tahir Şuşa uğurunda döyüşlərdə meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Sonuncu döyüşdə yaralı əsgərlərini xilas edərkən özü də ağır yaralanıb və  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdir. Dekabrın 5-də müalicə aldığı tibb müəssisəsində həkimlərin səyinə baxmayaraq, şəhidlik zirvəsinə ucalmışdır. 6 dekabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əlizadə Tahir Qəribəli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi