» » » Vətən müharibəsi şəhidlərinin anım günündə xatirəsi yad edildi


Vətən müharibəsi şəhidlərinin anım günündə xatirəsi yad edildi





Noyabr ayının 18-də Biləsuvar rayonunun Əliabad kəndində şəhid İsayev Rahət Rafət oğlu və Günəşli kəndində şəhid Baloğlanlı Elşad Elşən oğlunun anım günləri ilə əlaqədar ata ocaqları ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid İsayev Rahət Rafət oğlu 26 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Malik Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil almışdır. Sabirabad Dövlət Sosial – İqtisadi Kollecinin "Arxiv işi və Karguzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və noyabrın 6-da Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 18 noyabr 2020-ci il tarixində Əliabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid İsayev Rahət Rafət oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Baloğlanlı Elşad Elşən oğlu 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 2020-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 18 noyabr 2020-ci il tarixində Günəşli kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Baloğlanlı Elşad Elşən oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə", medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR