- 4 mart, 17:53
- 1 634 dəfə oxunub
- 0
"Aqropark-Yaşıl Ada" MMC-də texnikaların saxlanma qaydalarına və yaz tarla işlərinə hazırlıq vəziyyətinə baxış keçirildi
Texnikaları, onların aqreqatlarını, qovşaqlarını və hissələrini korroziyadan mühafizənin kompleks təşkili və texnoloji tədbirlərin böyük əhəmiyyəti vardır. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Bitkiçilik sektorunun müdiri Elşən Musayev və Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Rəşadət Əskərov tərəfindən"Aqropar-Yaşıl ada" MMC-də texnikaların saxlanma və yaz tarla işlərinə hazırlıq vəziyyətinə baxış keçirildi.
"BİLESUVARİNFO" xəbər verir ki, Biləsuvar DAİM əməkdaşları tərəfindən "Aqropark-Yaşıl ada" MMC-nin istifadəsində olan traktorların, traktor-yedəklərinin, asma-qoşquların və digər mexaniki nəqliyyat vasitələrinin sazlığı, istismara yararlı olması və texnikaların uzun və qısa müddətli saxlanma yaz tarla işlərinə hazırlıq vəziyyətini yoxlayıb.
Görüşlərdə bu sahədə calışan mühəndis - texniki işçilər və sürüçü-mexanizatorlar təhlükəsizlik qaydaları ilə bir daha təlimatlandırılıb. Müəssisələrdə mexanizatorların idarə etdikləri traktor, yükləyici və pambıqyığan kombaynlar üzrə idarəetmə dərəcələrinin uyğunluğunun vəziyyəti yoxlanıldı.
Yoxlama zamanı uzun və qısa müddətli saxlanma qaydalarına riayət olunmadığı və otuz bir ədəd texnikanın dövlət qeydiyyatına alınmadığı aşkarlandı. Aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması məqsədilə Biləsuvar DAİM əməkdaşlarıı tərəfindən akt tərtib edilib, müvafiq tapşırıq və tövsiyyələr verildi.
Sonda mühəndis-texniki işçilərə və mexanizatorlara "Traktorların və kənd təsərrüfatı texnikalarının saxlanma qaydaları haqqında təlimat" DAİM əməkdaşları tərəfindən uca səslə oxunaraq yaddaş bukletləri paylanıldı.