- 9 fevral, 15:49
- 1 142 dəfə oxunub
- 0
Təşkilatlarda traktor və kənd təsərrüfatı texnikalarının saxlanma vəziyyətinə baxış keçirildi.
Texnikaları, onların aqreqatlarını, qovşaqlarını və hissələrini korroziyadan mühafizənin kompleks təşkili və texnoloji tədbirlərin böyük əhəmiyyəti vardır. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Rəşadət Əskərov tərəfindən kənd təsərrüfatı şirkətlərində texnikaların saxlanma vəziyyətinə baxış keçirildi.
"BİLESUVARİNFO" xəbər verir ki, Biləsuvar DAİM əməkdaşı "Aqroservis" ASC-nin Biləsuvar rayon bölməsi, "P Aqro" MMC, "MKT İK" MMC, "Azərpambıq ASK" MMC və "Aqropar-Yaşıl ada" MMC nin istifadəsində olan traktorların, traktor-yedəklərinin, asma-qoşquların və digər mexaniki nəqliyyat vasitələrinin sazlığı, istismara yararlı olması və texnikaların uzun və qısa müddətli saxlanma vəziyyətini yoxlayıb.
Görüşlərdə bu sahədə calışan mühəndis - texniki işçilər və sürüçü-mexanizatorlar təhlükəsizlik qaydaları ilə bir daha təlimatlandırılıb. Müəssisələrdə mexanizatorların idarə etdikləri traktor, yükləyici və pambıqyığan kombaynlar üzrə idarəetmə dərəcələrinin uyğunluğunun vəziyyəti yoxlanıldı. Aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması məqsədilə Biləsuvar DAİM əməkdaşı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.
Sonda mühəndis-texniki işçilər və mexanizatorlara "Traktorların və kənd təsərrüfatı texnikalarının saxlanma qaydaları haqqında təlimat" DAİM əməkdaşı tərəfindən uca səslə oxunaraq yaddaş bukletləri paylanıldı.