Aqrar Xidmətlər Agentliyi Biləsuvarda səyyar xidmət göstərib
Aqrar Xidmətlər Agentliyi tərəfindən Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib. Səyyar xidmətin həyata keçirilməsində məqsəd vətəndaş məmnunluğu, traktor idarə edən mexanizatorların rahatlığının təmin olunmasına nail olması üçün onlara operativ xidmət göstərmək olub.
V İ D E O
“BİLESUVARİNFO” xəbər verir ki, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəsinin direktoru Nurəddin Quliyev texnika istifadəçilərinin rahatlığının təmin olunması məqsədilə keçirilən tədbirə görə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə və "Səyyar Xidmət" qrupuna öz təşəkkürünü bildirib.
Tədbir zamanı qısa müddət ərzində Biləsuvar rayonundan müraciət etmiş traktor və digər mexaniki nəqliyyat vasitələrinin sahibləri və idarə edən müxanizatorlar üçün etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqələrinin dəyişdirilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələrinin sahiblərinə məxsus olan texnikaların ilkin və təkrar dövlət qeydiyyatına alınması uzaq məsafə qətt etmədən Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəsinin inzibati binasında təmin edilmişdir.
Səyyar xidmət Aqrar Xidmətlər Agentliyinin Dövlət Texniki Nəzarət Şöbəsinin müdiri Azər Qarayevin rəhbərliyi ilə Salyan DAİM-in Texniki Nəzarətin Təşkili sektorunun müdiri Avdi Həsənov və Biləsuvar DAİM-in Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Rəşadət Əskərov tərəfindən həyata keçirilib.
Tədbirdə traktor və digər mexaniki nəqliyyat vasitələrinin sahiblərinə texnikaları dövlət qeydiyyatına və texniki baxışa təqdimetmə qaydaları bir daha izah edildi, eləcə də dövlət rüsumları ilə bağlı məlumatlandırıcı bukletlər paylanıldı.