» » Biləsuvar DAİM əməkdaşları yaz tarla işlərinə hazırlıqla tanış oldu


Biləsuvar DAİM əməkdaşları yaz tarla işlərinə hazırlıqla tanış oldu


Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Elşən Musayev və Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Rəşadət Əskərov tərəfindən kənd təsərrüfatı şirkətlərində yaz tarla işlərinə hazırlıq vəziyyətinə baxış keçirildi.

"BILESUVARINFO" xəbər verir ki, Biləsuvar DAİM əməkdaşları texniki təhlükəsizliyin təmin olunması ilə əlaqədar "P Aqro" MMC, "MKT İK" MMC, "Azərpambıq ASK" MMC və "Aqropar-Yaşıl ada" MMC nin istifadəsində olan traktorların, traktor-yedəklərinin, asma-qoşquların və digər mexaniki nəqliyyat vasitələrinin sazlığı və istismara yararlı olması vəziyyətini yoxlayıb.

Görüşlərdə bu sahədə calışan mühəndis - texniki işçilər və sürüçü-mexanizatorlar təhlükəsizlik qaydaları ilə bir daha təlimatlandırılıb. Müəssisələrdə texniki təhlükəsizliyin işini aparan əməkdaşların "növbəti təlimat jurnalı"na baxış keçirilib və mexanizatorların idarə etdikləri traktor, yükləyici və pambıqyığan kombaynlar üzrə idarəetmə dərəcələrinin uyğunluğunun vəziyyəti yoxlanıldı. Aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması məqsədilə Biləsuvar DAİM əməkdaşları tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.

Sonda mühəndis-texniki işçilər və mexanizatorlara texniki təhlükəsilik üzrə təlimat bukletləri paylanıldı.




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR